İspaniya Superkubokunda ikinci finalçı da bəlli olub. Matc.az xəbər verir ki, növbəti yarımfinal matçında "Real" "Malyorka" ilə qarşılaşıb.

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "King Abdullah Sports Siti" stadionunda baş tutan görüşdə Madrid təmsilçisi sevinən tərəf olub. Belə ki, “Real” rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb. Bu nəticə sayəsində “Real” finala adlayıb.

“Kral klubu” Superkubokun finalında "Barselona" ilə münasibətləri ayırd edəcək. Qarşılaşma yanvarın 12-də gerçəkləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest