Misli Premyer Liqasında XXIII turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma keçirilib.
"Turan Tovuz" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib. Tovuz klubu minimal hesablı qələbəyə sevinib.
"Qarabağ" isə səfərdə "Neftçi"nin qonağı olub. Qurban Qurbanovun komandası səfər görüşündən qalib ayrılıb.
Qeyd edək ki, tura 17 fevralda yekun vurulacaq.
Misli Premyer Liqası
XXIII tur
16 fevral
"Neftçi" – "Qarabağ" - 0:1
Qol: Marko Yankoviç, 89
Qırmızı vərəqə: Kevin Medina, 22
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Neftçi Arena"
"Neftçi": 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 47. Murad Məmmədov, 23. Robert Bauer, 9. Bassala Sambu, 20. Alfa Konte, 77. Yeqor Boqomolski, 18. Ryonosuke Ohori, 11. Aleks Fernandes
"Qarabağ": 99. Mateus Koxalski, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 9. Kadi Borqes, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
"Turan Tovuz" – "Araz-Naxçıvan" - 1:0
Qol: Hayderson Hurtado
Qırmızı vərəqə: İqor Ribeyro, 48
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu
"Turan Tovuz": 1. İvan Konovalov 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev 7. İsmayıl Zülfüqarlı 13. Fərid Yusifli 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 6. Araş Qaderi 40. Kauan Martins 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok 71. Mehman Hacıyev 39. Sadiq Quliyev 33. Eltun Turabov 10. Xəyal Nəcəfov 8. Tural Bayramlı 11. Ayxan Hüseynov 44. Rüfət Əhmədov 30. Mircamal Əlizadə 9. Kristian da Silva 32. Hayderson Hurtado
Baş məşqçi: Kurban Berdiyev
"Araz-Naxçıvan": 12. Kristian Avram 34. Urfan Abbasov 2. Slavik Alxasov 6. Vadim Abdullayev (k) 24. Mustafa Əhmədzadə 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 4. İqor Ribeyro 97. Felipe Santos 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 99. Raul Əhmədzadə 5. Qara Qarayev 7. Ülvi İsgəndərov 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 21. Sezar Meza Kolli 8. Karlos Jatoba 10. Bernardo Dias
Baş məşqçi: Elmar Baxşıyev