Qarşılaşmanın saat 18:00-da start götürməsinə qərar verilib.

Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının 24-cü turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı dəyişdirilib. Matc.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsinə qərar verilib.

Qeyd edək ki, daha əvvəl görüşün bu gün saat 16:00-da start götürməsi planlaşdırılırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest