Türkiyə Superliqasında XXVIII turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

"Trabzonspor" yeni baş məşqçisi Fatih Təkkənin debütü uğurlu alınıb. Trabzon təmsilçisi səfərdə "Başakşəhir"i 3 cavabsız qolla məğlub edib.

"Beşiktaş"ın uğursur çıxışı isə davam edir. Ötən tur evində uduzan İstanbul klubu, bu dəfə səfərdə "Konyaspor"a məğlub olub.

Türkiyə Superliqası
XXVIII tur

15 mart

"Qaziantep – "Kayserispor" - 1:0
Qol:
Okereke, 52

"Kasımpaşa" – "Alanyaspor" - 2:1
Qollar:
Fall, 30, Hayradinoviç, 36 (pen) // Vilhena, 38

"Konyaspor" – "Beşiktaş" - 1:0
Qol:
Yazğılı, 45

"Başakşəhir" "Trabzonspor" - 0:3
Qollar: Banza, 7, Tufan, 62, Mendi, 87

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest