16 Mart 2025, 10:00
FUTBOL
"Sportinq"in sağ cinah yarımmüdafiəçisi Geovani Kenda karyerasını "Çelsi"də davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, 17 yaşlı portuqaliyalının transfer qiyməti 51 milyon avro olacaq. Cinah oyunçusu gələn il londonluların heyətinə qatılacaq. Kendanın müqaviləsi daha bir mövsüm uzatmaq imkanı ilə 7 illik nəzərdə tutulub.
Qeyd edək ki, bu mövsüm hücumçu bütün turnirlərdə 44 oyuna çıxıb, 2 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.