16 Mart 2025, 12:05
FUTBOL
İngiltərə Premyer Liqasının 29-cu turunda "Brayton"la oyunun 11-ci dəqiqəsində "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haland penalti ilə hesabı açıb və turnirdə 100-cü qolu vuraraq, unikal rekorda imza atıb.
Matc.az xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb.
Qeyd olunur ki, hücumçu Premyer Liqa tarixində 100-dən az oyunda 100 qol vurmağı bacaran ilk futbolçu olub. Buna nail olmaq üçün Erlinq Haland cəmi 94 oyun keçirib.