16 Mart 2025, 13:20
FUTBOL
Bu gün Misli Premyer Liqasının 27-ci turunda "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək.
Matc.az verir ki, hər iki komanda qarşılaşmaya itkilərlə çıxacaq.
Tovuz təmsilçisinin heyətində Emanuel Hakman cəzalıdır. Şəhriyar Əliyev, Denis Marandiçi və Roderik Miller isə zədəlidir.
"Sumqayıt"ın heyətində İsa Suliman zədə səbəbindən, Miloş Miloviç isə cəzalı olduğundan komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, qarşılaşma saat 18:30-da start götürəcək.