İngiltərə Liqa kubokunun “Nyukasl”la keçirilən final oyununda “Liverpul”un futbolçusu Məhəmməd Salah antirekorda imza atıb. Matc.az xəbər verir ki, bu görüşdə Arne Slotun yetirmələri 1:2 hesablı məğlubiyyətə uğrayaraq kuboku əldən veriblər.

Həlledici görüş zəif təsir bağışlayan Salah “Liverpul”da ilk dəfə 90 dəqiqə ərzində qapıya zərbə vura bilməyib.

Qeyd edək ki, misirli futbolçu cari mövsümdə “qırmızılar”ın heyətində ümumilikdə 43 oyunda 32 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest