"Mançester Siti"nin və Xorvatiya millisinin yarımmüdafiəçisi Mateo Kovaçiç Milanın "İnter" klubuna qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Goal.com" portalı məlumat yayıb.

Bildirilir ki, "İnter" rəhbərliyi gələn yay komandanın yarımmüdafiə xəttini azad agent bazarından gücləndirməyi planlaşdırır. Bu mövqe üçün iki variant nəzərdən keçirilir – Kovaçiç və "Napoli"dən Frank Andre Zambo Angissa. Hər iki futbolçunun müqaviləsi 2027-ci ilin iyun ayının sonunadək qüvvədədir. Kovaçiç daha əvvəl, 2013-2015-ci illərdə də "İnter"in şərəfini qoruyub.

Milan təmsilçisinin yarımmüdafiə xəttini gücləndirmək istəyi Hakan Çalhanoğlu və Henrih Mxitaryanın komandadan mümkün ayrılığı ilə bağlıdır. Hər iki oyunçunun müqaviləsi cari mövsümün sonunda başa çatacaq və erməni futbolçu ilə yeni sözləşmənin imzalanması ehtimalı olduqca aşağı qiymətləndirilir.

Cari mövsümdə Kovaçiç "Mançester Siti"nin heyətində bütün turnirlərdə ümumilikdə 5 oyuna çıxıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest