14 Aprel 2025, 13:50
FUTBOL
“Atalanta” müdafiəçisi Sead Kolaşinaçın ciddi zədə aldığını açıqlayıb. Matc.az xəbər verir ki, futbolçu İtaliya A Seriyasında “Bolonya” ilə görüşdə (2:0) sıradan çıxıb.
Birinci hissənin sonlarında meydanı tərk edən futbolçu görüşdən sonra tibbi müayinədən keçib. Nəticədə onun sol dizində ön çarpaz bağların qopması və xarici meniskin zədələnməsi aşkarlanıb. Bu isə o deməkdi ki, Kolaşinaç uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, bosniyalı futbolçu cari mövsüm “Atalanta”nın heyətində A Seriyasında 23 oyun keçirib, 2 məhsuldar ötürmə verib.