14 Aprel 2025, 15:18
FUTBOL
"Liverpul"un futbolçusu Aleksis Mak Allister ispaniya La Liqasında çıxış edə bilər.
Matc.az xəbər verir ki, "Real" argentinalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Madrid nəhəngi Mak Allisteri yayda transfer etməyi planlaşdırır. Artıq "Real"da bu keçidlə bağlı klubdaxili müzakirələr aparılır.
Qeyd edək ki, "Liverpul" Aleksis Mak Allisteri 2023-cü ilin yayında "Brayton"dan transfer edib. Argentina millisinin üzvü olan 26 yaşlı oyunçu bu mövsüm Mersisayd təmsilçisinin heyətində 45 oyun keçirib, 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.