"Mövsüm sona yaxınlaşdıqca transfer xəbərlərinin yayılmasından xəbərdarıq. Həm Azar, həm də Sarri məsələsi çox böyüdülür. Belə şeylərə öyrəşmişik. Ancaq final öncəsi bu söz-söhbətlərə fikir verməməliyik".
"çelsi"nin kapitanı Sezar Azpilikueta komanda ətrafında yayılan söz-söhbətlərdən narahatdı. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, ispaniyalı müdafiəçi transfer dedi-qodularının Avropa Liqasının final oyunu öncəsi onlara mənfi təsir edə biləcəyini söyləyib.
O, xüsusən də, yarımmüdafiəçi Eden Azarın "Real"a keçidi və baş məşqçi Mauritsio Sarrinin qovulma xəbərlərindən narazılığını dilə gətirib: "Mövsüm sona yaxınlaşdıqca transfer xəbərlərinin yayılmasından xəbərdarıq. Həm Azar, həm də Sarri məsələsi çox böyüdülür. Belə şeylərə öyrəşmişik. Ancaq final öncəsi bu söz-söhbətlərə fikir verməməliyik. Biz bütünlüklə final matçına köklənmişik və konsentrasiyanı itirməməyə çalışırıq. Nələr baş verəcəyini sonra hər kəs görəcək. İndi yeganə narahat olduğum məqam bu söz-söhbətlərin kollektivə təsir etmə ehtimalıdı. ümid edirəm ki, bütün bunların fonunda Avropa Liqasının kubokunu qazancaq və Bakıdan xoşbəxt dönəcəyik".
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "çelsi" "Arsenal"la qarşılaşacaq.