Afrika qitəsinin Avropa Liqasında 2018-19 mövsümündəki ən yaxşı təmilçiləri müəyyənləşib. Matc.az saytının goal.com-a istinadən məlumatına görə, bu mövsüm möhtəbər turnirdə özünü ən yaxşı tərəfdən göstərən 5 afrikalı seçilib.

Bunlar Karl Toko Ekambi ("Vilyarreal"), Maykl Nqade-Nqadjui ("Slaviya"), Sebastyan Haller ("Ayntraxt"), Vissam Ben Yedder ("Sevilya") və Pyer-Emerik Obameyanqdı ("Arsenal").

Xüsusən də, son iki futbolçu fərqləndirilib. çünki həm Ben Yedder, həm də Obameyanq aktivinə 8 qol yazdırıb. Obameyanqın hələ də turnirin bombardiri olmaq şansı qalır. Bunun üçün o, Bakı Olimpiya Stadionunda "çelsi"yə qarşı keçiriləcək final görüşündə ən azı 2 qol vurmalı və rəqibin hücumçusu Olivye Jiru fərqlənməməlidi. Həmkarlarımız indidən Qabon millisinin üzvünü cari mövsüm Avropa Liqasının ən yaxşı afrikalı futbolçusu seçiblər.

Qeyd edək ki, final görüşü mayın 29-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest