20 Aprel 2025, 12:09
FUTBOL
Emin Mahmudov "Neftçi"də 250-ci oyununu keçirib.
Matc.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXI turuna təsadüf edib. O, "Qarabağ"la oyunun (0:3) 50-ci dəqiqəsində meydana çıxıb.
Emin Premyer Liqada 201 dəfə "ağ-qaralar"ın formasını geyinib. O, Azərbaycan Kubokunda 24, avrokuboklarda 25 dəfə "Neftçi"nin heyətində meydana çıxıb. Bunlardan 4-ü Çempionlar Liqası, 11-i Avropa Liqası, 10-u Konfrans Liqası çərçivəsində baş tutub.
Qeyd edək ki, Mahmudov 250 oyunda 58 qol vurub. O, Premyer Liqada 43, kubokda 6, qitə miqyaslı turnirlərdə 9 dəfə fərqlənib.