Anxel Di Mariya mövsümün sonunda "Benfika"nı tərk edəcək.

Matc.az xəbər verir ki, Portuqaliya klubu argenitnalı vingerin yayda başa çatan müqaviləsinin müddətini uzatmayacaq. Bu barədə "Mercato" məlumat yayıb.

"Benfika" 37 yaşlı futbolçuya yeni sözləşmə təklif etməyib. Təcrübəli oyunçu yayda azad agent statusunda olacaq.

Qeyd edək ki, Anxel Di Mariya 2023-cü ilin yayından "Benfika"da çıxış edir. Argentina millisi ilə dünya çempionu olmuş futbolçu bu mövsüm Lissabon təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 15 qol vurub, 9 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest