23 Aprel 2025, 15:38
FUTBOL
AFFA-nın VAR layihəsi üzrə koordinatoru Fəridə Lütfəliyeva və VAR təlimçisi Kristof Dierik Portuqaliyada UEFA-nın tədbirinə qatılıblar.
Matc.az xəbər verir ki, “UEFA VAR simpoziumu” adlı tədbirdə əsas mövzular VAR-ın kommunikasiya sisteminin gələcəyi; gələcəkdə VAR-ın iş prinsiplərində dəyişikliklər; ilkin yaradılma məqsədi; əldə olunan uğurlar, üzləşilən çətinliklər, inkişaf istiqamətləri; oyun zamanı ardıcıl və şəffaf kommunikasiya qurmaqdan ibarətdir.
“UEFA VAR simpoziumu” tədbirinə aprelin 24-də yekun vurulacaq.