28 Aprel 2025, 10:54
MPL
"Turan Tovuz"un Baş məşqçisi Kurban Berdıyev “Rubin” klubunun qonağı olub.
Matc.az xəbər verir ki, o, Rusiya Premyer Liqasının 26-cı turunda keçirilən “Rubin” - “Fakel” oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib. Kurban Berdıyev simvolik olaraq oyunda ilk toxunuşu yerinə yetirib.
Kurban Berdıyevə “Rubin”in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
