Moskva "Spartak"ı "Zirə"nin qvineyalı sağ cinah müdafiəçisi Salifu Suma ilə maraqlanan komandalar sırasındadır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Footmercato" paylaşıb.

Bildirilir ki, Rusiya klubundan başqa, driblinq keyfiyyəti və qol vurmaq instinkti ilə diqqət çəkən 21 yaşlı futbolçunu Fransa Liqa 1-dən üç klub, həmçinin Kiyev "Dinamo"su, Türkiyənin "Fənərbaxça", Çempionşipdən "Preston Nord End", Bolqarıstanın "Ludoqorest" və ÇSKA klubları izləyir.

Qeyd edək ki, bu mövsüm Suma "Zirə"nin heyətində bütün turnirlərdə 37 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. 21 yaşlı müdafiəçinin klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 850 min avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest