"Aston Villa"nın hücumçusu Markus Reşfordun "Yunayted"dəki gələcəyi şübhə altında qalaraq, zədə səbəbindən mövsümün qalan hissəsini buraxa bilər.
Matc.az xəbər verir ki, bu barədə birmingem komandasının baş məşqçisi Unay Emeri məlumat verib.
"Reşford zədəlidir. O, bu həftə zədələndi və biz dünən onu müayinədən keçirdik - bud nahiyəsində problem var. Hər oyundan əvvəl onun vəziyyətini yoxlayacağıq, lakin o, zədəlidir və yəqin ki, bir neçə həftə oynaya bilməyəcək".
Reşfordun zədəsi onun gələcəyini sual altında qoya bilər. "Aston Villa"nın oyunçunu "Mançester Yunayted"dən 40 milyon funt-sterlinqə (50 milyon dollar) almaq imkanı var, lakin futbolçunun uğurlu çıxışına - 17 matçda 10 qol vurmasına baxmayaraq, klubun bu hüquqdan istifadə edib-etməyəcəyi bəlli deyil. Hələlik, Reşford İngiltərə millisinin iyun ayında keçiriləcək oyunları üçün formasını bərpa etməyə fokuslanıb.