29 Aprel 2025, 00:34
FUTBOL
"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 2024/2025-ci il mövsümü başa çatdıqdan sonra Braziliya millisini çalışdıracaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşıb.
Bildirilir ki, Ançelotti və Braziliya millisi italiyalı mütəxəssisin ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatı üçün millinin baş məşqçisi olması ilə bağlı prinsipial razılığa gəlib. Təcrübəli mütəxəssis iyun ayından İspaniya klubunun iştirak edəcəyi klublararası dünya çempionatı başlayana qədər Braziliya millisini çalışdıracaq.
Qeyd edək ki, 33 turdan sonra "Real" 72 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir.