Mayın 8-də Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

Matc.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Qeyd edək ki, turnirdə Azərbaycanı 3 çəki dərəcəsində 3 idmançı təmsil edəcək.

Yarış sabah Bakı vaxtı ilə saat 09:00-da başlayacaq. Turnirin təsnifat mərhələsinin görüşlərini canlı olaraq judotv.com saytından, final blokunu isə 16:00-dan etibarən İdman TV telekanalından izləyə bilərsiniz.

Qadınlar
-48 kq
1/16 final
Könül Əliyeva - Kyonxa Li (Cənubi Koreya)

-52 kq
1/16 final

Gültac Məmmədəliyeva - Lea Beres (Fransa)

-57 kq
1/16 final

Fidan Əlizadə - Medine Orazniyazova (Türkmənistan)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest