Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Matc.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Bakıda Macarıstan seçməsi ilə üz-üzə gəlib.
"Liv Bona Dea Arena"da keçiriləcək qarşılaşma Macarıstanın qəbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Macarıstanla matç Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindən əvvəl keçirəcəyi son görüş olub. Yığmamız sentyabr ayında seçmə mərhələnin D qrupunda (rəqiblər Fransa, Ukrayna və İslandiyaya) qarşı mübarizəyə başlayacaq.
Yoldaşlıq oyunu
10 iyun
Azərbaycan - Macarıstan - 1:2
Qollar: Renat Dadaşov, 7 // Barnabas Varqa, 5, Dominik Soboslai, 33
Baş hakim: Viktor Şimusik (Belarus)
Baş hakimin köməkçiləri: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)
Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)
"Liv Bona Dea Arena"