Afrika Futbol Konfederasiyası (CAF) Mərakeş Futbol Federasiyasının Seneqala qarşı yanvarın 18-də baş tutmuş final oyununun nəticəsini ləğv edən apellyasiya şikayətini təmin edib.

Matc.az xəbər verir ki, bu barədə CAF-ın mətbuat xidməti məlumat yayıb.

Nəticədə, oyunun əlavə vaxtda 1:0 hesabı ilə qələbə qazanan Seneqala Afrika Millətlər Kuboku finalında 3:0 hesablı texniki məğlubiyyət verilib.

Bu qərardan sonra Mərakeş müvafiq olaraq yarışın qalibi olub.

Qeyd edək ki, texniki məğlubiyyətə səbəb Seneqal millisinin meydanı tərk etməsi olub. Belə ki, matçın sonlarında hakim mübahisəli epizod səbəbindən İsmaily Sarrın qolunu qeydə almayıb, daha sonra isə mərakeşlilərin xeyrinə daha da mübahisəli sayılacaq penalti təyin edib. Baş məşqçi Pap Tyavenin rəhbərlik etdiyi Seneqal millisi bu qərara etiraz nümayiş etdirərək, müvəqqəti meydanı tərk edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest