Misli Premyer Liqasında XXV turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
"Karvan-Yevlax" doğma meydanda "Zirə"ni qəbul edəcək. "Sumqayıt" isə səfərdə "Sabah"ın qonağı olacaq.
Misli Premyer Liqası
XXV tur
19 mart (cümə axşamı)
15:00. "Karvan-Yevlax" – "Zirə"
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu
19:15. "Sabah" – "Sumqayıt"
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Bank Respublika Arena"












