Təşkilatçılar tribunaların dolu olması illüziyası yaratmaq üçün bəzi tamaşaçıları televizorda göstəriləcək oturacaqlara köçürməyə başlayıblar.
Klublararası dünya çempionatının təşkilatçıları tribunaların dolu olması illüziyası yaratmaq üçün bəzi tamaşaçıları televizorda göstəriləcək oturacaqlara köçürməyə başlayıblar.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, artıq bilet almış bəzi azarkeşlər mövqelərinin dəyişdirilməsi ilə bağlı bildirişlər alıblar. FİFA-dakı mənbələrin məlumatına görə, heç kim daha ucuz yerlərə köçürülməyəcək. Təşkilatçılar bu təcrübəni "televiziya yayımı üçün standart prosedur" adlandırıb.
Qeyd edək ki, bundan əvvəl mətbuatda turnirə bilet satışında problemlər olduğu və bu səbəbdən qiymətlərin xeyli aşağı salınmalı olduğu barədə məlumatlar yayılmışdı.