"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen "Qalatasaray"dan aldığı təklifə cavab verib.

Matc.az "Marca" nəşrinə istinadən xəbər verir ki, alman qolkiper Türkiyə klubunun təklifini rədd edib.

Ter Ştegenin "Barselona"dan ayrılmaq niyyəti yoxdur. 33 yaşlı futbolçu karyerasını La Liqa nəhəngində davam etdirmək istəyir.

Qeyd edək ki, Mark-Andre ter Ştegen ötən mövsüm "Barselona"nın heyətində 9 oyunda iştirak edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest