14 Mart 2026, 15:01
FUTBOL
"Fənərbaxça"nın prezidenti Sadettin Saran komandanın Türkiyə Premyer Liqasının 26-cı turunda "Karagümrük"lə (0:2) oyundakı çıxışından narazı qalıb. Oyundan sonra baş məşqçi Domeniko Tedeskonun gələcəyini müzakirə etmək üçün klub rəhbərliyinin təcili iclası çağırılıb.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Bildirilir ki, Tedesko və "Fənərbaxça"nın idman direktoru Devin Özek bu gün kluba çağırılıblar. İstanbul komandasının rəhbərliyi artıq italyan məşqçinin yerinə bir neçə namizədi nəzərdən keçirir.
Qeyd edək ki, "Karagümrük"ə məğlubiyyət "Fənərbaxça"nın çempionatda 22 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub.
Tedesko 2025-ci ilin sentyabr ayından bəri İstanbul komandasına rəhbərlik edir.












