20 İyun 2025, 11:30
FUTBOL
Messi ABŞ təmsilçisinin heyətində 50 qol vuran ilk futbolçu olub.
Lionel Messi adını "İnter Mayami"nin tarixinə yazdırıb.
Matc.az xəbər verir ki, argentinalı hücumçu buna klublararası dünya çempionatının "Portu" ilə matçında (2:1) fərqlənməklə nail olub.
Messi ABŞ təmsilçisinin heyətində 50 qol vuran ilk futbolçu olub. 38 yaşlı oyunçu 54-cü dəqiqədə cərimə zərbəsindən qol vuraraq "İnter Mayami"yə qələbə qazandırıb.