"Barselona"nın baş məşqçisi Hans-Dieter Flik Kataloniya klubu ilə müqaviləsinin uzadılması ilə bağlı vəziyyətə münasibət bildirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.
"Düşünmürəm ki, indi bu barədə danışmaq üçün uyğun vaxtdır. Sabah klub və gələcək üçün vacib bir oyun var. Burada çox xoşbəxtəm, amma ailəmlə danışmalıyam. Müqaviləmin uzadılmasını müzakirə etmək üçün daha sonra vaxt olacaq.
Hamı bilir ki, burada işləməkdən zövq alıram, amma eyni zamanda müstəqil qalmağım da vacibdir. Məni dəstəkləyən böyük bir ailəm var. Bu, futboldur və komanda üçün əlimdən gələni etməyə çalışıram... amma görəcəyik. Hələ vaxt var. Başqa yerə keçməyi düşünmürəm. Bu, mənim son işim olacaq və bu, məni xoşbəxt edir", - Flik deyib.
61 yaşlı mütəxəssisin yeni müqaviləsi 2028-ci ilin yayına qədər davam edəcək.
Qeyd edilir ki, Joan Laportanın Kataloniya klubunun prezidenti vəzifəsinə yenidən seçilməsi onun razılığına təsir edib. Bu, onun əsas şərtlərindən biri idi.












