25 İyun 2025, 11:50
FUTBOL
"Bavariya"nın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Saşa Boe sıradan çıxıb.
Fransalı futbolçu klublararası dünya çempionatının qrup mərhələsinin "Benfika" ilə matçının (0:1) 62-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Onun durumuna tibbi müayinəddən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Bavariya" Saşa Boeni 2024-cü ilin yanvar ayında "Qalatasaray"dan transfer edib. 24 yaşlı sağ cinah müdafiəçisi dünya çempionatında 2 oyunda iştirak edib, 1 qol vurub, 1 qol ötürməsi edib.