25 İyun 2025, 14:14
FUTBOL
"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa Premyer Liqada klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Arsenal" ispan qolkiperin keçidini həll edib. "Topçular" 30 yaşlı "əlcək sahibi" üçün onun klubuna 5 milyon funt-sterlinq ödəyəcək.
Qeyd edək ki, Kepa Arrisabalaqa ötən mövsüm icarə əsasında "Bornmut"da çıxış edib.