Alvaro Morata icarə əsasında formasını geyindiyi "Qalatasaray"dan ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Müqavilə ilə "Milan"a məxsus olan ispan hücumçu burada da qalmayacaq. A Seriyasının digər təmsilçisi "Komo" Moratanı heyətinə qatmaq istəyir. 32 yaşlı futbolçunun yeni mövsümə bu klubda başlayacağı gözlənilir.

Qeyd edək ki, Alvaro Morata ötən mövsümün ikinci yarısında "Qalatasaray"da çıxış edib və 16 oyunda 7 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest