25 İyun 2025, 17:12
FUTBOL
İspaniya çempionunun əsas hədəflərindən biri "Mançester Yunayted"ə məxsus olan Markus Reşforddur.
Hücum xəttində rəqabəti artırmaq istəyən "Barselona" bu mövqeyə yeni futbolçu cəlb edəcək.
Matc.az "Guardian"a istinadən xəbər verir ki, İspaniya çempionunun əsas hədəflərindən biri "Mançester Yunayted"ə məxsus olan Markus Reşforddur.
La Liqa nəhəngi ingiltərəli vingeri icarəyə götürmək istəyir. "Barselona"nın nümayəndələri 28 yaşlı oyunçu üçün onun klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Markus Reşford ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib.