25 İyun 2025, 17:42
FUTBOL
"Sauthempton"la müqaviləsi başa çatan Adam Lallana karyerasını başa vurub.
Matc.az xəbər verir ki, ingiltərəli hücumameyilli yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabında açıqlayıb. O, 37 yaşında peşəkar futbolla vidalaşmaq qərarı verib.
Qeyd edək ki, Adam Lallana "Sauthempton"un yetirməsidir. Təcrübəli futbolçu "Liverpul" (2014-2020) və "Brayton"da (2020-2024) da çıxış edib. İngiltərə millisinin heyətində 34 oyun keçirən Lallana 3 qol vurmağı bacarıb.