"Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, Tovuz təmsilçisi ispaniyalı mərkəz yarımmüdafiəçi Roberto Olabe ilə anlaşıb.

29 yaşlı futbolçu ilə 2 illik müqvilə imzalanıb.

Olabe karyerası ərzində "Deportivo", "Atletiko", "İbiza", "Eybar" kimi klubların formasını geyinib.

Qeyd edək ki, Olabe Tovuz klubunun mövsümlərarası fasilədə ikinci transferidir. "Turan Tovuz" bundan əvvəl Kabo-Verde millisinin üzvü olan David Oliveyra Tavareş ilə müqavilə imzalayıb. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest