"Milan" "Everton" və Ukrayna millisinin sol cinah müdafiəçisi Vitali Mikolenko ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı italiyalı jurnalist Luis Girardi paylaşıb.
Bildirilir ki, Milan təmsilçisi Mikolenkonun mümkün transferi ilə bağlı məlumat istəyib. Ukraynalı futbolçu İtaliya klubunun komandanın sol cinah müdafiəçisi Teo Hernandesi əvəz etməyə namizədlərindən biridir. Fransız futbolçu bu yay "Milan"ı tərk edəcək və böyük ehtimalla karyerasını Səudiyyə Ərəbistanından "Əl-Hilal"da davam etdirəcək.
Qeyd edək ki, Mikolenko bu mövsüm "Everton"da bütün turnirlərdə 37 matçında iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. 26 yaşlı ukraynalının müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub və onun transfer dəyəri 28 milyon avro dəyərində qiymətləndirilir.
"Milan" Hernandesin yerinə Mikolenkodan başqa daha bir ukraynalı - "Arsenal"dan Aleksandr Zinçenkonu da nəzərdən keçirir.