Portuqaliyalı hücumçu Kriştiano Ronaldo "Əl-Nəsr"də oynamağa davam edəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.

Bildirilir ki, 40 yaşlı Ronaldo "Əl-Nəsr"lə yeni müqavilə imzalamağa hazırlaşır. Hazırda müqavilənin yekun detalları müzakirə olunur, bu, bir və ya iki illik müqavilə olacaq. Qeyd olunur ki, Ronaldo istəsə, 2027-ci ilin iyun ayına kimi komandada çıxış edə bilər.

Xatırladaq ki, ötən mövsüm "Əl-Nəsr" bir dəfə də olsun kubok qazana bilməyib. Səudiyyə Ərəbistanı çempionatında komanda 70 xal toplayaraq turnir cədvəlində 3-cü yeri tutub.

Kriştiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə klubunda çıxış edir. Ötən mövsüm Ronaldo "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 35 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest