"Neftçi" bu gün yeni mövsümün hazırlığına start verib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın üzvləri təlim-məşq toplanışının ilk gününü "Neftçi" Futbol Mərkəzində bir məşqlə başa vurublar.

Qeyd edək ki, toplanışın ilk mərhələsi iyulun 14-dək Bakıda, ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq. "Binkovski Hotel"də məskunlaşacaq "ağ-qaralar" orada 4 yoxlama görüşü keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest