MLS Oyunçular Assosiasiyası 2025-ci ilin may ayına kimi liqada müqaviləsi olan oyunçuların maaşları ilə bağlı məlumatları açıqlayıb.
Matc.az xəbər verir ki, "İnter Mayami"nin hücumçusu Lionel Messi ardıcıl ikinci ildir ki, liqada ən çox maaş alan oyunçu olub.
Hesabatda oyunçuların əsas əmək haqqı və müqavilənin müddəti ərzində həm baza maaşı, həm də müxtəlif bonuslar daxil olan orta illik zəmanətli kompensasiya göstərilir. Messinin əsas maaşı 12 milyon dollardır. 38 yaşlı argentinalının zəmanətli bonuslarla maaşı isə 20,4 milyon dollar qiymətləndirilir. O, hər iki göstərici üzrə liderdir.
MLS-də ən çox maaş alan 10 oyunçu:
1. Lionel Messi ("İnter Mayami") – 20,4 milyon dollar;
2. Lorenzo İnsinye ("Toronto") – 15,4 milyon dollar;
3. Serxio Buskets ("İnter Mayami") – 8,8 milyon dollar;
4. Migel Almiron ("Atlanta Yunayted) – 7,9 milyon dollar;
5. İrvin Lozano ("San Dieqo") – 7,6 milyon dollar;
6. Federiko Bernardeski ("Toronto") – 6,3 milyon dollar;
7. Emil Forsberq ("Nyu-York Red Bulls") – 6,03 milyon dollar;
8. Jordi Alba ("İnter Mayami") – 6 milyon dollar;
9. Riki Puç ("Los Anceles Qalaksi") – 5,8 milyon dollar;
10. Conatan Bamba ("Çikaqo Fayr") – 5,6 milyon dollar.