ABŞ-də təşkil olunan klublararası dünya çempionatında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Matc.az xəbər verir ki, E qrupunda "İnter" Argentinanın "River Pleyt" klubu ilə üz-üzə gəlib. Qarşılaşma İtaliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 7-yə yüksəldən "İnter" qrup lideri kimi pley-offa vəsiqə qazanıb. 4 xal toplayan "River Pleyt" isə turnirdə mübarizəni dayandırıb.

"İnter" - "River Pleyt" 2:0
Qollar:
 Françesko Pio Esposito, 72, Alessandro Bastoni, 90+3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest