26 İyun 2025, 10:10
FUTBOL
"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türk futbolçunun ayaq əzələsində zədə aşkarlaşıb. 31 yaşlı yarrımmüdafiəçi klublararası dünya çempionatının qalan matçlarında komandasına kömək edə bilməyəcək.
Türkiyə millisinin üzvü müalicə olunmaq üçün İtaliyaya yollanacaq.