26 İyun 2025, 12:31
FUTBOL
"Milan"ın futbolçusu Teo Ernandesin "Əl-Hilal"a transferi tamamlanıb.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Ərəblər fransalı oyunçu üçün İtaliya klubuna 30 milyon avro təzminat ödəyəcək. 27 yaşlı sol cinah müdafiəçisinin illik maaşı isə 20 milyon avro olacaq.
Qeyd edək ki, Teo Ernandes ötən mövsüm "Milan"ın heyətində keçirdiyi 49 oyunda 5 qol vurub, 6 ötürməsi edib.