26 İyun 2025, 12:58
FUTBOL
"Brentford"un kapitanı Kristian Norqaard İngiltərədə klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayııb.
"Arsenal" danimarkalı yarımmüdafiəçinin keçidi üçün onun klubu ilə anlaşıb. "Topçular" 31 yaşlı futbolçu üçün qarşı tərəfə 10+5 milyon funt-sterlinq təzminat ödəyəcək.
Təcrübəlli dayaq yarımmüdafiəçisi tibbi müayinədən keçdikdən sonra "Arsenal"la müqavilə imzalayacaq.
Qeyd edək ki, Kristian Norqaard ötən mövsüm "Brentford"un heyətində keçirdiyi 35 oyunda 6 qol vurub, 4 qol ötürməsi edib.