26 İyun 2025, 13:56
FUTBOL
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Saloniki təmsilçisi "Levadiakos"dan ayrılan Giannis Gianniotası rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı vingerlə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk matçı iyulun 24-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Yunanıstanda baş tutacaq.