26 İyun 2025, 15:14
FUTBOL
"Arsenal" Mayls Lyuis-Skellinin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Mayls Lyuis-Skelli "Arsenal"ın yetirməsidir. 18 yaşlı sol cinah müdafiəçisi ötən mövsüm "topçular"ın heyətində keçirdiyi 42 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.