"Fənərbaxça" rəhbərliyi Mert Hakan Yandaşı komandada saxlamaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Super Liqa nəhəngi bir neçə klubdan təklif alan türk yarımmüdafiəçinin gedişinə icazə verilməyib. 30 yaşlı futbolçu növbəti mövsümü İstanbul təmsilçisində keçirəcək.

Qeyd edək ki, Mert Hakan Yandaş ötən mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 27 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest