İtaliya millisinin sabiq hücumçusu və 2006-cı ilin dünya çempionu Alberto Qilardino "Piza"nın yeni baş məşqçisi təyin edilib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat paylaşıb.

42 yaşlı mütəxəssislə müqavilə "2+1" sxeminə əsasən imzalanıb. Qilardino bundan əvvəl "Cenoa"ya rəhbərlik edib.

Qeyd edək ki, "Piza" Filippo İnzaqinin rəhbərliyi altında ötən mövsümün yekunlarına əsasən A Seriyasına yüksəlib, lakin 51 yaşlı çalışdırıcının uğuru dəyərləndirilməyib və onunla müqaviləyə xitam verilib. Bundan sonra o, B Seriyasında çıxış edən "Palermo"ya keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest