27 İyun 2025, 00:28
FUTBOL
"Feyenoord"un müdafiəçisi Kvilindsi Hartman "Bernli"yə keçib.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Transferin dəyəri 9 milyon avro təşkil edib.
Qeyd edək ki, 23 yaşlı niderlandlı futbolçu "Feyenoord"un yetirməsidir. O, başqa komandalarda oynamayıb. Komanda ilə çıxdığı 83 oyunda, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.