ABŞ-də keçirilən klublararası dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

Matc.az xəbər verir ki, G qrupunda "Yuventus"la "Mançester Siti" üz-üzə gəlib. Qarşılaşma İngiltərə təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Bütün oyunlarda qələbə qazanan "Mançester Siti" qrup lideri olub. 6 xalı olan "Yuventus" isə qrup ikincisi kimi pley-offa yüksəlib.

"Yuventus" - "Mançester Siti" 2:5
Qollar:
Teun Kopmeyners, 11, Duşan Vlahoviç, 84 - Ceremi Doku, 9, Pyer Kalulu, 26, Erlinq Haaland, 52, Fil Foden, 69, Savinyo, 75

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest