27 İyun 2025, 11:59
FUTBOL
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvaan"ın rəqibi olan "Aris" heyətinə yeni qapıçı cəlb edib.
Matc.az xəbər verir ki, Saloniki təmsilçisi Kiprin AEK klubundan Giorgos Athanasiadisı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı yunanıstanlı qolkiperlə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk matçı iyulun 24-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Yunanıstanda baş tutacaq.